Pleyeri seçin:

İlham Əliyevin Özbəkistan mediasına müsahibəsində nələr qeyd olundu?

13 noyabr 2025 410 baxış

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasında əlaqələrin tarixi dərinliyini və bugünkü strateji səviyyəsini yüksək qiymətləndirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan vahid tarixi və mədəni məkanın parçasıdır. Xəzər dənizi isə bu məkanı birləşdirən strateji körpü rolunu oynayır.

Prezidentin sözlərinə görə, son üç ildə Mərkəzi Asiya dövlətlərinin rəhbərləri Azərbaycana 30 dəfə, özü isə region ölkələrinə 13 dəfə səfər edib. Bu, münasibətlərin dinamik inkişafının göstəricisidir.

İqtisadi-ticari əlaqələrin inkişafı da xüsusi vurğulanıb. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon dollar olub, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm 319 milyon dollara çatıb, yəni 87,5 faiz artım qeydə alınıb. Hazırda Azərbaycanda 120-dən çox özbək kapitallı şirkət fəaliyyət göstərir.

Qarşılıqlı sərmayələrin həcmi də artmaqdadır: Azərbaycan Özbəkistana 183,5 milyon, Özbəkistan isə Azərbaycana 21,8 milyon dollar sərmayə yatırıb. 2023-cü ildə ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması əməkdaşlığın yeni mərhələsidir.

Nəqliyyat və logistika sahəsində əlaqələr daha da genişlənir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Orta Dəhlizdə mühüm tranzit ölkə kimi çıxış edir. 2024-cü ildə tranzit daşımaların həcmi 1,3 milyon tonu ötüb ki, bu da ötən illə müqayisədə 18 faiz artım deməkdir.

Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni hava limanları Azərbaycanın qlobal logistika mərkəzi kimi rolunu gücləndirir. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılmasının Mərkəzi Asiya ölkələrinə böyük fayda gətirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Özbəkistanın Qarabağın bərpasına, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisinə verdiyi töhfəyə görə bir daha minnətdarlığını ifadə edib.

Müsahibənin sonunda dövlət başçısı bildirib ki, Azərbaycan və Özbəkistan arasındakı müttəfiqlik münasibətləri dostluq, qardaşlıq və ortaq gələcək prinsipləri üzərində qurulub və bu əməkdaşlıq bütün sahələrdə yeni perspektivlər açır. Bu artıq təkcə regional deyil, həm də Türk dünyasının strateji həmrəyliyini gücləndirən bir tərəfdaşlıq modelidir.

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

Siyasət
11 sentyabr 2026 410 baxış
İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

Siyasət
11 sentyabr 2026 410 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

Siyasət
11 sentyabr 2026 410 baxış
Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 410 baxış
Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Siyasət
11 sentyabr 2026 410 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 410 baxış
Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Siyasət
11 sentyabr 2026 410 baxış
Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 410 baxış
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 410 baxış
Diplomat kimin mesajını gətirib?

Diplomat kimin mesajını gətirib?

Siyasət
10 sentyabr 2026 410 baxış
Seçilmişlər
icon