Pleyeri seçin:

İqor Korotçenko Paşinyanı ifşa etdi: Genişmiqyaslı silahlı təxribat baş verə bilər

16 sentyabr 2023 394 baxış

“Nikol Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönümlü erməni blogerləri Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb”.

Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

Onun fikrincə, bu prosesdə aparıcı şəxs Rusiyanın yüksək səviyyəli rəsmilərinə qarşı heç bir sivil cəmiyyətdə qəbuledilməz olan tamamilə alçaldıcı və təhqiramiz bəyanatlar verən paşinyanpərəst bloqer Roman Baqdasaryan olub.

Belə ki, Baqdasaryanın çıxışının tezisləri Ermənistanın Baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam uyğundur.

Üstəlik, Baqdasaryan Simonyanın tezislərini kopyalayıb və “yaradıcı şəkildə inkişaf etdirib”. O, xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi spikerinə hücum edərək, söyüşdən istifadə edib.

Rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyası “Qartal tərəfdaşı 2023” adlı Ermənistan-ABŞ hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat-müşahidə missiyasının fəal anti-Rusiya təxribatçı işi fonunda baş verir.

Eyni zamanda, erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələrinin üzvləri vəziyyəti gərginləşdirmək üçün demək olar ki, hər gün silahlı təxribatlar təşkil edirlər.

Korotçenko Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına və kontingentin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətlərini də qeyd edir.

Onun fikrincə, Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədilə separatçılar tərəfindən sülhməramlılara qarşı genişmiqyaslı silahlı təxribatı da istisna etmək olmaz. Bu, Avropa İttifaqına, regiona beynəlxalq sülhməramlıları, yəni Qərb hərbçilərini cəlb etməyə şərait yaradacaq.

O, paylaşımında vurğulayıb ki, Kremlin bütün səyləri Ukraynaya və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 394 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 394 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 394 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 394 baxış
Seçilmişlər
icon