Pleyeri seçin:

İran Azərbaycana təklif etdi ki… | İranın Ermənistandakı səfiri dəhlizdən danışdı

07 fevral 2025 179 baxış

“İran Azərbaycan üçün Naxçıvana alternativ marşrut təklif edib. Bu marşrut İranın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həyata keçiriləcək”.

Bunu mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

Səfirin sözlərinə görə, əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yük maşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isə İrandan – Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutun uzunluğu 50 km təşkil edəcək, Azərbaycan yük maşınları üçün gömrük prosedurları da İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

Səfir həmçinin xatırladıb ki, region ölkələri arasında yalnız İran Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyini dəstəkləyir:

“Bu məsələdə iki ölkə arasında fikir ayrılığı yoxdur. Belə bir dəhliz həm Ermənistan, həm də İran üçün zərərli olacaq. Nəqliyyat yollarının açılması məsələsinə gəldikdə isə Tehran yalnız ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunduğu təqdirdə buna qarşı deyil”.

Səfir vurğulayıb ki, dəhliz məntiqini ehtiva edən istənilən yol İran tərəfindən rədd edilir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 179 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 179 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 179 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Seçilmişlər
icon