İran ermənilərlə Azərbaycana qarşı birləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Fars rejimi ermənilərlə Azərbaycana qarşı birləşib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Molla rejimi anti-Azərbaycan təbliğatına ölkədə yaşayan erməniləri cəlb etməyə başlayıb. Belə ki, "vank.ir" saytında yayılan videoda İsfahanda və şəhərin Yeni Culfa rayonunda yaşayan ermənilərin Vank kilsəsi önündə Azərbaycan əleyhinə keçirilən etiraz aksiyasının görüntüləri əks olunub.
Aksiyaya Şahinşəhr şəhərindəki ermənilər də qatılıb. Məlumata görə, mitinqə 1100 erməni qatılıb.
Qeyd edək ki, molla rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya azyaşlılar da cəlb edilib. Uşaqların əllərinə Ermənistan və İran bayraqları, eləcə də anti-Azərbaycan şüarlarının yazıldığı plakatlar verilib. Maraqlısı isə odur ki, ölkədəki daxili gərginlik fonunda baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə iranlıların kütləvi şəkildə toplaşmasına icazə verməyən fars rejimi ermənilərə aksiya keçirmək üçün şərait yaradıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
