Pleyeri seçin:

İran-Hindistan-Ermənistan işbirliyinin əsl səbəbi

27 iyul 2023 165 baxış

Hindistan istehsalı olan hərbi texnika və dağıdıcı gücə malik raket kompleksinin İran vasitəsilə Ermənistana daşınması bölgədə uzunmüddətli sülhə və sabitliyə nail olmaq istiqamətində göstərilən səylərə zərbədir.

Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyən təcavüzkar Ermənistanın silahlandırılmasında iştirak edən Hindistan və bu məqsədlə ona tranzit dəhliz verən İran bölgədə yarana biləcək yeni gərginliyə görə beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyır.

Təhlillər göstərir ki, dünyanın aparıcı gücləri hazırda Orta Dəhlizin açılmasına ehtiyac duyur. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanıb yaratdığı yeni regional siyasi atmosfer Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Bu dəhliz İran və Hindistan üçün də məqbul hesab olunsa da, hər iki tərəf siyasi ambisiyalar üçün regiondakı hərbi-siyasi gərginliyin artmasına səbəb ola biləcək addımlar atır.

Görünür ki, Ermənistan Hindistanla hərbi sənaye sahəsində əməkdaşlığı nümayiş etdirməklə Azərbaycana qarşı güc göstərməyə çalışır. Rəsmi İrəvan sanki bununla “mən tək deyiləm və təcavüzkar niyyətimdən geri çəkilmirəm” mesajını verir.

Digər tərəfdən, işğalçı tərəf ABŞ və Qərbə silah-sursat tədarükündə Rusiyaya alternativ tapdığını da nümayiş etdirməyə çalışır. Hindistan isə bu yolla Azərbaycana siyasi təzyiq göstərmək cəhdi ilə bölgədəki maraqlarını təmin etmək istəyir. Rəsmi Dehlinin niyyəti Azərbaycanı Pakistanla dostluq və qardaşlıq münasibətlərindən çəkindirmək olsa da, bu iki ölkənin əlaqələrinin sarsılmazlığı göz önündədir.

Özünü guya şiə təriqətli müsəlmanların təəssübkeşi adlandıran İran isə Hindistan-Ermənistan hərbi əməkdaşlığında tranzit funksiyalı açıq şantaj yolunu seçib. Bunu sübut edən videoların yayılması məsələnin digər maraqlı tərəfidir. Görünür iri həcmli hərbi məhsulların daşınmasını özündə əks etdirən vedieomaterialların lentə alınmasına ya şərait yaradılıb, ya da məqsədli şəkildə mediaya ötürülüb.

Dehlinin işğalçı tərəfə bu qədər isti münasibət bəsləməsinin əsl mahiyyəti Ermənistanın bu ölkəyə ixrac etdiyi qiymətli və əlvan metallarla əlaqəlidir. Məsələn 2020-ci ildə Ermənistan Hindistana 148 milyon dollarlıq məhsul ixrac edib ki, bunun da 147 milyonu yalnız qızılın payına düşür.

Məlum olduğu kimi, Ermənistan ixrac etdiyi əlvan metalın əsas hissəsini işğal dövründə Azərbaycanın Kəlbəcər rayonundakı Zod yatağından talan edib. Digər fakta görə, 1995-ci ildən sonra qızıl və digər qiymətli metalların ixracı hesabına Ermənistan-Hindistan ticarət dövriyyəsinin hər il artdığı müşahidə olunur.

2020-ci ildə Vətən müharibəsi zamanı erməni mediası yazırdı ki, Hindistan Ermənistana ümumi qiyməti 40 milyon ABŞ dolları olan 4 ədəd “Swathi” radarı tədarük edib. Qərb qonşumuza “Pinaka” zenit-raket sistemi və uzaqmənzilli silahlar tədarük edən Hindistanın bu addımı isə elə özünün üzv olduğu Bandunq və Qoşulmama Hərəkatının prinsiplərinə ziddir. 

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 165 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 165 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 165 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 165 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 165 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 165 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 165 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 165 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 165 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 165 baxış
Seçilmişlər
icon