Pleyeri seçin:
İran Ordusunun gəmiləri Xəzərin Azərbaycan sahillərində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər və heyət Xəzər dənizinin Azərbaycan sahillərinə gəlib. Səfərin əsas məqsədi Azərbaycanda keçirilən “AZIREX-2025” adlı birgə axtarış-xilasetmə təlimində iştirak etməkdir. Gəmilər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı və digər rəsmi şəxslər tərəfindən təntənəli mərasimlə qarşılanıb. Nümayəndə heyətləri arasında keçirilən görüşdə təlimin təşkilati məsələləri və qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub. Birgə təlimin hədəfi Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi və axtarış-xilasetmə əməliyyatlarında koordinasiyanın gücləndirilməsidir.
Kopyalandı
#İran teqi istifadə olunub
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- İran ballistik raketlərinin uçuş məsafəsinə qoyulan limiti ləğv etdi
- Tehrandan strateji mesaj: İran nəyə hazırlaşır? - Baku TV CANLI
- Yeraltı komplekslər İranın hərbi istehsalını hücumlardan necə qoruyacaq? - Baku TV CANLI
