İrandan gələn ermənilər niyə Qarakilsədə məskunlaşdırıldı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində ermənilərin vandal xislətinin üzə çıxdığı, hayların bəd əməllərinin qurbanı olan Qarakilsə rayonu haqqında süjet hazırlanıb.
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” adlı süjetdə ermənilər və havadarları illər boyu Qərbi azərbaycanlıları öz yurdlarından qovub onları Ermənistan vətəndaşlığından məhrum etməsindən, türk dilində olan coğrafi adları erməniləşdirməsindən bəhs olunur.
Bildirilib ki, Zəngəzur mahalının ən böyük rayonu olan Qarakilsə rayonu coğrafi vəziyyətinə görə Gorus, Qafan rayonları, Dərələyəz mahalı və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. Qarakilsə adı bu ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranıb.
Qeyd olunub ki, 1813-cü ildə Rusiya-İran arasında bağlanılan Gülüstan müqaviləsinə əsasən, Zəngəzur, həm də Qarakilsə rayonu ərazisi Rusiyanın tərkibinə verilib. 1822-1830-cu illərdə İranın Xoy, Salmas və başqa qəzalarından çox sayda erməni Qarakilsə rayonu ərazisində məskunlaşdırılıb.
Qarakilsə inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb.
Qafan, Gorus və Naxçıvan arasında dəmir yolu ilə gətirilən malların çatdırılmasında körpü rolunu oynayan Qarakilsə adı 1940-cı il martın 2-də dəyişdirilərək Sisavan, sonradan Sisian adlandırılıb:
“Sisian toponimi də müxtəlif mərhələlərdə Sisakan, Sisqan, Sisəcan, Syuni kimi fonetik formalarda işlənib. “Sis” qədim türk dilində, indiki Yakut dilində olduğu kimi, “dağüstü meşəli kənd”, “yaşayış yeri” deməkdir. Sak isə məlum türk tayfalarının adıdır”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
- Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
