İrandan hərbi dəstək: Ermənistan Rusiyadan başqa bütün ölkələrdən yardım istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan son aylarda ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan başqa bütün tərəfdaşlarından təhlükəsizlik yardımı almağa başlayıb.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilir ki, rəsmi İrəvan və Tehran son vaxtlar Moskvadan narazılıqlarını ifadə edirlər: “İran Ermənistanı müdafiə etmək və bununla da onun Qafqazdakı strateji maraqlarını qorumaq üçün müxtəlif addımlar ata bilər”.
Məlumatda həmçinin İranın yenə Ermənistana hərbi dəstək verə biləcəyi qeyd olunur: “Bu, inandırıcıdır. İsrail mediası da İranın son aylarda Ermənistana Pilotsuz Uçuş Aparatları və digər texnikalar verdiyini iddia edir”.
Vurğulanıb ki, İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər.
“İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri oktyabrın 4-də Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı sərhədə iranlı “müşahidəçilər” yerləşdirməyi təklif edib. Baqirinin mövqeyini nəzərə alsaq, bu müşahidəçilər, ehtimal ki, İran hərbi qulluqçuları olacaqlar”, – deyə məlumatda bildirilir.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
