Pleyeri seçin:

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

25 yanvar 2025 363 baxış

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.

Avropada görünməyən müharibə başlayıb? | Trampdan İranla bağlı iddialı proqnoz - YENİ BİR SƏHƏR

Avropada görünməyən müharibə başlayıb? | Trampdan İranla bağlı iddialı proqnoz - YENİ BİR SƏHƏR

Siyasət
30 sentyabr 2026 363 baxış
Bakıdan Tehrana mühüm səfər | Tərəflər nəticə üçün vaxt itirmək istəmir - Baku TV

Bakıdan Tehrana mühüm səfər | Tərəflər nəticə üçün vaxt itirmək istəmir - Baku TV

Siyasət
30 sentyabr 2026 363 baxış
"Birliyin Gücü – 2026” təlimində praktiki məşqlər icra olunur | "Haber Global"dan süjet - Baku TV

"Birliyin Gücü – 2026” təlimində praktiki məşqlər icra olunur | "Haber Global"dan süjet - Baku TV

Siyasət
29 sentyabr 2026 363 baxış
Şirkətlər nağd rubl çıxara biləcək? | Beynəlxalq daşıyıcılara xüsusi şərt qoyulub - Baku TV CANLI

Şirkətlər nağd rubl çıxara biləcək? | Beynəlxalq daşıyıcılara xüsusi şərt qoyulub - Baku TV CANLI

Siyasət
29 sentyabr 2026 363 baxış
Türk dövlətlərinin ortaq ordusuna doğru ilk addım? - AKTUAL GÜNDƏM

Türk dövlətlərinin ortaq ordusuna doğru ilk addım? - AKTUAL GÜNDƏM

Siyasət
29 sentyabr 2026 363 baxış
Türkiyə mediası FIFA prezidentinin Bakıya səfərini işıqlandırdı - Baku TV

Türkiyə mediası FIFA prezidentinin Bakıya səfərini işıqlandırdı - Baku TV

Siyasət
29 sentyabr 2026 363 baxış
İlham Əliyevlə FIFA prezidentinin görüşündə nələr müzakirə olundu? - Baku TV

İlham Əliyevlə FIFA prezidentinin görüşündə nələr müzakirə olundu? - Baku TV

Siyasət
29 sentyabr 2026 363 baxış
Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR

Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR

Siyasət
29 sentyabr 2026 363 baxış
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV

Siyasət
29 sentyabr 2026 363 baxış
ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV

ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV

Siyasət
29 sentyabr 2026 363 baxış
Seçilmişlər
icon