İranla Ermənistan Azərbaycan və Türkiyəyə qarşı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən əminəm ki, İran öz davranışı ilə Azərbaycan və Türkiyənin yaratdığı təhlükə fonunda Ermənistanın ərazi bütövlüyünü qorumağa çalışır. Biz dost və qardaş İranın bu səylərini yüksək qiymətləndiririk. Ermənistan üçün bu məsələ həqiqətən çox vacibdir”.
Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyan İranın “Şərq” qəzetinə müsahibəsində bildirib. Revanşizm ideologiyasını dəstəkləyən erməni siyasətçinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Ermənistan üçün deyil, həm də İran üçün təhlükə yaradır.
A.Vanetsyan iddia edib ki, regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini bəyan edən Tehranın nümayiş etdirdiyi siyasi aqressiya ritorikasının səbəbi də budur.
“Bəyanatlar bir yana qalsın, İran Ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə bildirir” deyən A.Vanetsyan əlavə edib ki, əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydi və ikitərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydı, o zaman regionda indiki çətin vəziyyət yaranmazdı: “İran-Tehran-Moskva alyansı regionda təhlükəsizliyin əsas komponentinə çevriləcəkdi və bu istiqamətdə ciddi addımlar atılmalıdır”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
