Pleyeri seçin:

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

06 fevral 2026 803 baxış

Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirib.

Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib.

"Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın" deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi, Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Siyasət
22 sentyabr 2026 803 baxış
İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 803 baxış
Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Siyasət
22 sentyabr 2026 803 baxış
Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 803 baxış
Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 803 baxış
İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 803 baxış
Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Siyasət
22 sentyabr 2026 803 baxış
“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 803 baxış
Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Siyasət
22 sentyabr 2026 803 baxış
Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Siyasət
22 sentyabr 2026 803 baxış
Seçilmişlər
icon