İraq Prezidenti Bakıda: rəsmi qarşılanma mərasimindən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana rəsmi səfərə gələn İraq Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib. Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İraq və Azərbaycan Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Əbdüllətif Camal Rəşidin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
