İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişinin növbəti buraxılışı efirə gedib.
Verilişin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov olub.
O, Azərbaycan torpaqlarının daşnaklara verilməsi vədindən bəhs edib: “Qərbi Azərbaycanın İrəvan şəhəri də daxil olmaqla 9 min kvadratkilometri 1918-ci ilin may ayının 29-da heç bir referendum keçirilmədən, üstəlik, həmin ərazidən seçilən üç deputatın iki dəfə etiraz etməsinə baxmayaraq, Azərbaycan Milli Şurasının qəbul etdiyi qeyri-legitim qərarla ermənilərə güzəştə gedilib. Bu məkanda Ermənistan mövcud olmayıb. 1918-1920-ci illərdə daşnak Ermənistanı ilə sovet Rusiyası arasında gedən məxfi danışıqlar nəticəsində onlara sovet hakimiyyətini qəbul edəcəkləri təqdirdə Azərbaycan SSR-in torpaqlarından veriləcəyi vəd edilmişdi”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
