İrəvan istədi ki, Putin Bakıda... | Badalyandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Putinin Bakıya gecə səfəri, Əliyevin qonaqpərvərlik göstərməsi, şübhəsiz ki, yaxınlığı vurğulayan haldır”.
Bunu erməni politoloq Akop Badalyan yazıb.
O bildirib ki, liderlərin başqa bir ölkədə gecələməsi siyasi sferada mühüm önəm daşıyır:
“Maraqlıdır, bu ideyanın müəllifi Rusiya tərəfidir, yoxsa Azərbaycan? Bu, sadəcə bir mərasim detalı deyil, dövlət başçılarının səfərləri zamanı buna xüsusi əhəmiyyət verilir, çünki özündə siyasi mesajları ehtiva edir.
Yaddaşım məni yanıltmırsa, 2005-ci ilin martında Putin Bakıya səfər etdi, oradan İrəvana getməli idi. Mətbuatda belə bir fikir yazılmışdı: İrəvan elə istəyib ki, Putin Azərbaycanda deyil, Ermənistanda gecələsin. Putin İrəvana az qala gecə yarısı gəlmişdi”.
A.Badalyan qeyd edib ki, bu kiçik, lakin əhəmiyyətli detal cari səfərin böyük gündəliyinin bir parçasıdır.
#Vladimir Putin teqi istifadə olunub
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
