Pleyeri seçin:

İrəvan şəhərində sensasiyalı tapıntı: xanın şəxsi əşyaları tapıldı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

02 aprel 2024 157 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Erməni tədqiqatçı tapdığı əşyalarla saxta tarixi ifşa etdi” adlı veriliş efirə gedib.

Verilişdə erməni tarixçi və arxeoloqlarının gerçək, üzdə olan tarixi dəyişib, saxta don geyindirib, haylaşdırmaq kimi missiyasından bəhs olunur.

Bildirilib ki, bu şərəfdən uzaq missiyanı Rusiya kəşfiyyatının xəfiyyəsi Xaçatur Abovyan xeyli inkişaf etdirmiş və çağdaş tarix talançıları irsini yaratmışdı.

Müəmmalı şəkildə itkin düşən, ya da missiyasını həyata keçirib öz həyatına qayıdan yezidi kürd ədəbiyyatı mütəxəssisi olan X.Abovyanın yetirmələri onu saxtakarlıq fəaliyyətləri ilə geridə qoyublar. Rahatlıqla bütün dəlilləri bir kənara atıb 15-ci əsr Qaraqoyunlu Əmir Səəd türbəsini Türkmənistana, Göy məscidi İrana, Qıpçaq-Alban irsini Qazaxıstana bağlayıb, Azərbaycan kəlməsini itirmək istəyirlər.

Qeyd olunub ki, tarixin qənimi ermənilər İrəvan şəhərinin köhnə simasını tam dağıdıb, torpaq altında gizlədiblər. İndi qazıntı zamanı üzə çıxan tarixi həqiqətləri eyni həyasızlıqla danmaqla məşğuldurlar. Azərbaycan şəhəri İrəvanın Qantar bazarını söküb, yerində uşaq parkı salıblar.

İndi qazıntı zamanı buradan tapılan maddi sübutlar erməni yalanı müəlliflərini çətinə salıb deyə min cür yalanla nağıllar uydurub, gerçəyi yenidən torpaq altına gömürlər.

Süjetdə Tarixi-Mədəni İrsin Araşdırma Mərkəzinin ekspedisiya rəhbəri Meri Safaryanın qazıntılar zamanı tapdığı İrəvan xanına aid şəxsi əşyalar, eləcə də Azərbaycan irsinə aid maddi və mənəvi sübutlar göstərilir. Onun sözlərinə görə, builki qazıntılar hava şəraitinə görə 15 gün davam etdi və xilasetmə xarakteri daşıyırdı: “Əgər maliyyə məsələsi həll olunarsa, gələn il İrəvanın mərkəzində gizlənmiş tarix üzə çıxacaq”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 157 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 157 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 157 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 157 baxış
Seçilmişlər
icon