İrəvan təsdiqlədi | Azərbaycandan Ermənistana təklif paketi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan tərəfi Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqləyib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Ermənistana təkliflər paketinin göndərildiyini bildirib.
Nazir həmçinin, son zamanlarda Ermənistan tərəfindən müəyyən pozitiv mesajların müşahidə olunduğunu da qeyd edib.
“Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses davam edir”, – deyə nazir bildirib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
