İrəvandan Bakının səbrini daşıran həmlə | Onlara imkan verməyəcəyik ki…
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan iqtidarı hər fürsətdə sözdə sülhə hazır olduğunu bildirir. Guya regionda sabitliyin bərqərar olunmasında maraqlıdırlar.
Pərdəarxasında isə başqa proseslər cərəyan edir. Görünür, Qərb qonşumuz İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının nəticələrindən hələ də dərs çıxarmaq istəmir. Ona görə də yeni silahlar almağa, şərti sərhədin yaxınlığında hücum xarakterli istehkamlar qurmağa davam edir. Hətta bu əməllərini Naxçıvanın bir neçə kilometrliyində də həyata keçirir.
Prezident İlham Əliyevin son 2 gün ərzində həm İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi, həm də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə keçirdiyi mühüm görüşlər, diplomatik təmaslar, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə zəng edərək Cənubi Qafqazda sülh üçün çalışan Azərbaycanın hər zaman yanında olmağa davam edəcəyini bildirməsi Ermənistan üçün siqnal olmalıdır.
Azərbaycan dövlətinin və Pezidentinin mövqeyi qətidir. 10 noyabr 2020-ci ildə imzalanan 3 tərəfli bəyanatın bütün müddəaları qeyd-şərtsiz yerinə yetirilməlidir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
