İrəvandan Bakıya təklif | Konstitusiya dəyişiləcək, yoxsa vəziyyət gərginləşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.
Onun sözlərinə görə, bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun əksidir.
Ermənistanın hazırkı konstitusiyasının preambulasında bildirilir ki, onun əsasında 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi durur.
"Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. "Lehinə" və ya "əleyhinə" arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu mənim siyasi mövqeyimdir", ‒ N.Paşinyan jurnalistlərə bildirib.
Bununla yanaşı, Paşinyan Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər göndərildiyini də qeyd edib. "Biz Azərbaycana prosesin davam etdirilməsinin məntiqi və konkret istiqamətlərinə dair yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik", ‒ o qeyd edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
