İrəvanı bunu etməyə Bakı məcbur etdi | Erməni deputat Abramyandan sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə qəbul edilən qərarla bağlı Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın açıqlaması diqqət çəkib.
Abramyan delimitasiyanın Tavuşdan – Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən başlanmasını rəsmi Bakının diktə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi və Bakı bir müddət əvvəl qaytarılan Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı başlayan prosesi davam etdirir. Belə ki, hazırda qəbul olunan prinsiplə Azərbaycanın anklavlarının – Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması gündəmə gələcək.
Abramyan qeyd edib ki, bu kəndlər geri qaytarılacağı halda Tavuşun təkcə daxili kommunikasiyanı məhv etməyəcək, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən Tavuş-Baqrataşen yolu Azərbaycan Ordusunun müşahidəsi altına düşəcək.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
