İşğal altındakı kəndlərimizin aqibəti necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövlət suverenliyini tam bərpa edib.
Lakin 30 ildən çox davam edən Ermənistan işğalının izləri tarixi torpaqlarımızda hələ də qalmaqdadır. Qazaxın 3, Naxçıvanın isə 1 kəndi işğaldan azad olunacağı günü gözləyir. Söhbət Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir.
Kəndlərin geri qaytarılması bir neçə ssenari ilə mümkündür. İşğal altında olan kəndlər Ermənistan ərazilərinin əhatəsində olduğundan onlara birbaşa gediş-gəliş mümkün deyil. Bunun üçün rəsmi İrəvan Azərbaycan tərəfi üçün kəndlərə rahat kommunikasiyanı təmin etmək məqsədilə dəhliz yaratmalıdır.
Ermənistan rəhbərliyi bu versiyanın tərəfdarı deyil. Onlar bunu dəhlizin təhlükəsizliyinin qorunmasında yaranacaq çətinliklərlə əlaqələndirirlər. Əvəzində Nikol Paşinyan rəsmi Bakıya barter təklif edir.
“Təklif belədir ki, Başkənd bizdə, Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara isə ermənilərdə qalır. Bunun həm də iki səbəbi var. Birincisi, Başkənd Ermənistana qaytarılarsa, erməni əhali burada yaşamaq istəmir. İkinci səbəbi isə digər dörd kəndin strateji önəmidir. Kərki və Qazaxın 3 kəndi Azərbaycana qaytarılacağı təqdirdə Ermənistanın Şimal-Cənub və Ermənistan-Gürcüstan magistral yolu ordumuzun nəzarətinə düşə bilər”, – politoloq Asif Nərimanlı mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
