İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif hüquq şirkətləri ilə çalışırıq ki, milli sərvətlərimizi talayan şirkətləri məsuliyyətə cəlb edək.
Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.
“İşğaldan azad edilmiş ərazilərdə vəziyyət öyrənilir. Bununla bağlı xüsusi heyət çalışır. Orada müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunub. Hazırda monitorinqlər davam edir. Hər bir kənd, hər bir sahə, məkan üzrə qiymətləndirmə işləri aparılır ki, qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərəri hesablayaq”, – deyən dövlət başçısı xatırladıb ki, Kəlbəcər rayonunda 60 min hektara yaxın meşə qırılıb.
“Bu, bizim peyk vasitəsilə əldə etdiyimiz fotoşəkillərdə əks olunub. Həmçinin transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Xüsusilə Zəngilan rayonundan keçən Oxçuçayın suyu artıq sarı rəngdədir. Bu da, sözün əsl mənasında, ekoloji fəlakətdir”, – Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi
- Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb
- "Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV
- "Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV
- Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV
