İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır | İlham Əliyev - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır”.
Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, hazırda azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir: “Artıq 70 minə yaxın insan həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır”.
Prezident qeyd edib ki, keçmiş köçkünlər üçün müasir yaşayış şəraiti yaradılıb və onların məskunlaşması davam edir:
“Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl yaşayış şəraiti təmin edilib”.
#İlham Əliyev teqi istifadə olunub
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
