İsrail İrana zərbə vurmağa hazırlaşır? - Tramp administrasiyası bunun əleyhinədir, amma...
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan İranla Rusiyanın yaxınlaşmasından narahatdır”.
Bunu ABŞ-nin “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr deyib.
“Bu faktor Azərbaycan hökumətini başa salır ki, bu ölkələrdən asılı olmamaq üçün sabitliyi pozmamaq, əksinə, regionda mövcud balansı saxlamaq daha yaxşıdır. Rusiya ilə İran arasında əməkdaşlığın artması Azərbaycan üçün müəyyən risklər yaradır. Hesab edirəm ki, bu, Bakı üçün oyanış zəngidir”, – M.Orr bildirib.
Ekspert bununla yanaşı, İsrailin İrana zərbə endirməsini mümkün hesab edib:
“İsrail artıq son bir ildə İrana zərbələr endirib və ölkənin hava və raketdən müdafiə sistemlərinin zəif olduğuna dair sübutlar var. Belə olan halda İsrail düşünə bilər ki, indi İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün zərbə vurmağın zamanıdır. Üstəlik, hazırkı İsrail rəhbərliyi Tramp administrasiyasının bu məsələdə Təl-Əvivin istəklərinə qarşı daha az meyilli olacağına inanır. Tramp administrasiyası bu cür zərbələrin əleyhinədir, regionda sabitliyin pozulmasına qarşıdır, lakin israillilər amerikalıların çox da müdaxilə etməyəcəyinə arxalana bilərlər”.
#İran teqi istifadə olunub
- Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb
- Milyonlarla insanın qeydiyyatdan keçdiyi bildirilir
- Əraqçi Xamenei ilə bağlı təhlükəsizlik qərarının səbəbini açıqladı - Baku TV CANLI
- Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır
- Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI
