İsrail İranı "şər qüvvə" adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Birliyi ölkələri və İsrail İranın simasında zülmət qüvvələrinə qarşı birgə mübarizə aparmalıdır. Bu çağırışı İsrail Prezidenti İshaq Hersoq Brüsseldə Avropa Parlamentinin üzvləri qarşısında çıxışı zamanı edib.
“Bu hamımız üçün sınaq vaxtıdır. Əgər ədalətin səsinin susdurula bilməyəcəyinə inanırıqsa, fərqli, daha humanist bir insanlığa inanırıqsa, bizi məhv etməklə hədələyən zülmət və nifrət qüvvələrinə qarşı qətiyyətli və birləşmiş bir icma olaraq birlikdə çalışmalıyıq”, - deyə siyasətçi bəyan edib.
Dövlət başçısı həmçinin Tehranı “şər qüvvəsi” adlandırıb. “İran nəinki açıq şəkildə İsraili tamamilə məhv etməyə çağırır, həm də azadlıq, insan və vətəndaş hüquqları tələb edən öz vətəndaşlarını öldürür”, - deyə İsrail Prezidenti qeyd edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
