Pleyeri seçin:

İsrail-Türkiyə münasibətləri gərginləşir | Netanyahunun sözləri şok yaratdı!

29 avqust 2025 399 baxış

“Benyamin Netanyahunun “erməni soyqırımı” açıqlaması, belə bir yalana şərik olmaq cəhdi, türk millətinə böhtan atmaq meyli İsrailin də maraqlarına ziddir. Bu, İsraillə türk xalqı arasında körpülərin yandırılması deməkdir”.

Bunu türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Dəniz Büstani İsrailin Baş naziri Benyamin Netanyahunun qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı “Globalinfo.az”a danışarkən deyib.

“B.Netanyahu hökuməti Fələstində gördüyü hər kəsi, o cümlədən qadın və uşaqları öldürüb. Onlar tarixə insan haqlarını pozan hökumət kimi düşüb. Söhbət təkcə insan hüquqlarını deyil, həm də qonşu Suriya sərhədlərini pozan və BMT-nin Livandakı qətnamələrini tanımayan hökumətdən gedir.

Belə kritik bir şəraitdə, Qafqazda münasibətlərin yaxşı olduğu, türk milləti ilə də İsrail arasında gözəçarpan heç bir problemin olmadığı bir vaxtda B.Netanyahunun bəyanatı gerçəkləşərsə, o, ən böyük pisliyi İsrail xalqına etmiş olacaq.

Belə görünür ki, İsrailin Baş naziri erməni lobbilərinin təsiri altına düşməyə meyillidir. Türkiyəyə, Azərbaycana, dolayısı ilə türk millətinə qarşı düşmənçilik münasibəti bəsləyən, çirkin işlərə əl atmağa cəhd edən istər yerli, istərsə də beynəlxalq olsun, hər bir təşkilat zərər görüb və bundan sonra da görəcək. İsrail Baş naziri zərər görənlərlə birlikdə olmağımı seçəcək, yoxsa haqlı olan, məzlumun yanında olan türk milləti ilə məntiqi olaraq körpülər quracaq?”.

D.Büstani qeyd edib ki, bu qərar hələ İsrail hökuməti tərəfindən verilməyib:

“B.Netanyahu türk millətinə böhtan ataraq qondarma “erməni soyqırımı” yalanını dilə gətirsə də, İsrail hökuməti belə bir yalanın altına imzasını ata bilməz. Zənnimcə, israillilər də bilirlər ki, türklər digər Yaxın Şərq xalqlarından fərqlənir, onunla düşmənçilik edəni unutmur və böhtan atanı bağışlamır.

Hesab edirəm ki, İsrail dövləti bunun fərqindədir. B.Netanyahu beynəlxalq erməni terror təşkilatlarına xoş görünməyə çalışaraq öz sonunu hazırlaya bilər. Bir daha deyirəm ki, İsrail dövləti türk millətinə qarşı belə bir iftiraya imza atmaz”.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 399 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 399 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 399 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Seçilmişlər
icon