Pleyeri seçin:

İsrailin yeni Livan kampaniyası: Hizbullah təhdidi və İranın rolu | HƏRBİ XRONİKA

03 oktyabr 2024 154 baxış

Baku TV-də “Hərbi xronika” adlı süjet yayımlanıb.

Süjetdə aparıcı, müəllif və hərbi jurnalist Fərdin İsazadə Yaxın Şərqdə mövcud vəziyyətdən, yəni İsrailin Livanın cənubunda həyata keçirdiyi hərbi kampaniyadan bəhs edib.

O bildirib ki, bu, son 1 ildə İsrail tərəfindən həyata keçirilən ikinci hərbi kampaniyadır. Ötən il HƏMAS-ın İsrailə hücumlarından sonra Təl-Əviv Qəzza bölgəsində genişmiqyaslı əməliyyatlara start verib və bir neçə məqsədə nail olub:

“Birincisi, təhlükələrin neytrallaşdırılması, yəni İsrail HƏMAS-ın raket qurğuları, tunellər və komanda mərkəzləri daxil olmaqla hərbi infrastrukturunu müəyyən dərəcədə neytrallaşdırıb. İkincisi, güc nümayişi – bölgədə fəaliyyət göstərən digər qüvvələrə İsrailin hərbi gücünü və təhdidlərə reaksiya vermək qabiliyyətini ortaya qoyub.

Üçüncüsü isə liderlərin aradan qaldırılması – Qəzzada əməliyyatlar zamanı HƏMAS-ın əsas komandirlərinin və Tehranda təşkilatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə təşkilatı zəiflədib”.

Jurnalist qeyd edib ki, bu gün İsrail Livanın cənubunda keçirdiyi əməliyyatı məhdud adlandırır:

“Hizbullah”ın bundan öncəki əməliyyatlarının təhlili onu deməyə əsas verir ki, təşkilat döyüşsüz təslim olmayacaq və uzunmüddətli qarşıdurmaya hazırdır. Həsən Nəsrullahın ölümü “Hizbullah”ı indiki mərhələdə yalnız zəiflədə bilər. Təbii ki, bu fakt İsrailə müvəqqəti üstünlük verə bilər”.

Əlavə olunub ki, İsrail üçün “Hizbullah” təhdidini aradan qaldırmağın, bölgədəki İran təsirini azaltmağın bir yolu var – quru əməliyyatlar zonasını Livan və Suriya ərazilərinə genişləndirmək.

“Bu, İsrailə “Hizbullah” üçün nəzərdə tutulan silah təchizatı yollarını kəsməyə və “Şiə hilalı” layihəsinin gerçəkləşməsinə əngəl olmağa şərait yarada bilər. Lakin hadisələrin bu cür inkişafı regional ölkələr və qlobal güclərin – Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Rusiya, ABŞ və digər maraqlı olan tərəflərin münaqişəyə müdaxilə etməsinə gətirib çıxara bilər. Bu da öz növbəsində genişmiqyaslı və nəticələri bəlli olmayan regional müharibə deməkdir”, – deyə jurnalist vurğulayıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 154 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 154 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 154 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 154 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 154 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 154 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 154 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 154 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 154 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 154 baxış
Seçilmişlər
icon