Pleyeri seçin:

Kanadadan Azərbaycana ittiham dolu çıxış | Öz xalqına hörmət qoymayan ölkə

23 sentyabr 2024 395 baxış

Qərbin daha bir öz tarixindən "bixəbər" ölkəsi Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib.

“Report” xəbər verir ki, Kanadanın xarici işlər naziri Melani Joli ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürüb, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirib.

Artıq mövcud olmayan bir problemin həlli üçün "öz müqəddəratını təyin etmə" prinsipinə istinad edən kanadalı nazir Azərbaycana dərs keçməkdənsə, öz biabırçı tarixi ilə məşğul olsa, daha məqsədəuyğun olar.

18-ci əsrdən başlayaraq Kanadadakı müstəmləkə və postmüstəmləkə hakimiyyətləri yerli əhalini Avropaya tabe etmək üçün müxtəlif assimilyasiya vasitələrindən istifadə ediblər. Məsələn, minlərlə yerli uşaq ailələrindən ayrılaraq kilsə tərəfindən idarə olunan internat məktəblərində, xüsusən də katolik kilsəsi tərəfindən dini missionerlik təcrübələrinə məruz qalıblar.

Mədəni köklərini itirmək üçün onlara ana dillərində danışmaq da qadağan edilib, adları da dəyişdirilərək Avropa adları ilə əvəz olunub, məktəblilər cinsi istismara da məruz qalıblar.

Kanada hökuməti assimilyasiya faktını araşdırmaq üçün komissiyanın yaradılmasına qərar versə də, maliyyələşdirmə və digər mexanizmlərin həyata keçirilməsi kağız üzərində qalıb.

Bütün bunlar göstərir ki, Azərbaycanı guya Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham edən Kanada öz xalqına belə hörmət qoymayıb. Avropalı müstəmləkəçilərin əlində marionetə çevrilərək yerli sakinlərə faciələr yaşadıblar. Belə olan təqdirdə Ottavanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur.

Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız şəkildə bəyanatlar verməsi qərəzli yanaşma nümunəsidir. Onun bu bəyanatı bölgədə sülhə və sabitliyə xidmət etmir.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 395 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 395 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 395 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 395 baxış
Seçilmişlər
icon