Kanadadan Xocalı soyqırımı ilə bağlı tarixi qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın paytaxtı Ottava və Edmonton şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının “Anım Günü” elan olunub. Bununla bağlı Ottava şəhərinin meri Cim Vatson və Edmonton şəhərinin meri Amarjit Sohi müvafiq qərar imzalayıb.
Qəbul edilən sənədlərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi cinayət nəticəsində 613 dinc sakin, o cümlədən qadınlar və uşaqların vəhşicəsinə qətlə yetirildiyi qeyd olunub.
Ottava şəhərinin meri soyqırımı qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını qeyd edib.
Həmçinin Edmonton şəhərinin meri Amarjit Sohi Xocalıda yüzlərlə günahsız insanın öldürülməsinin, yaralanmasının əsla unudulmamalı olduğunu diqqətə çatdırıb. Şəhər meri proklamasiyada qeyd edib ki, əvəzində insan hüquqları qorunmalı, bu zülmü, ayrı-seçkiliyi və nifrəti törədənlər cəzalandırılmalıdır.
#Kanada teqi istifadə olunub
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- ABŞ və Kanada arasında ticarət sazişi imzalanacaq? - Baku TV CANLI
- ABŞ və Kanada arasında yeni ticarət sazişinin imzalanması gözlənilir - Baku TV
- ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır
