Pleyeri seçin:

Kəndimiz olsaydı, bəlkə də ata-anamı, qardaşlarımı itirməzdim | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

15 mart 2024 552 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Ağbulaqda ermənilərin izi-tozu belə heç vaxt olmayıb” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kənd sakini Təvəkkül Nəsirovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən, məhəllə, bulaq və dağlardan danışıb.

T.Nəsirov yenidən doğma yurda qayıtmaq istədiyini, kəndin içində alban qəbiristanlığının olduğunu, Ağbulaqda heç vaxt ermənilərin yaşamadığını deyib:

“Yadımdadır ki, ermənilərə su verəndə o qab əgər köhnə olardısa, atardılar, təzə idisə, onu 100 dəfə carlayardılar ki, bunu erməni murdarladı. Erməni çox əzazil olub. Bizim çörəyimizi yedi, suyumuzu içdi, sonradan da bizə naxələf çıxdılar”.

Onun sözlərinə görə, ermənilər 1988-ci ildə azərbaycanlılara çox pis gözlə baxmağa başlayıblar:

“Mağazalarda bizə heç nə satmırdılar. Çəmbərək rayonuna gedəndə satıcılara tapşırmışdılar ki, onlara heç nə satmayın. Artıq tədricən bizi sıxırdılar ki, biz öz elimizdən, öz evimizdən çıxaq. 1988-ci il noyabrın 26-sı idi. Xəbər gəldi ki, siz çıxmalısınız. Bu gecə ermənilər sizi qıracaq, biz sizi saxlaya bilməyəcəyik.

Bu sözü eşidəndən sonra istər-istəməz vahimə düşdü. O vaxt təbii ki, minik maşınları az idi, bizi yük maşınlarına doldurdular. Biz Ardanış kəndindən keçib Şah dağına qalxdıq və oradan piyada Gədəbəyin İvanovka kəndinə, oradan Şəmkir rayonunun Günəşli kəndinə və sonra Bakı şəhərinə gəldik”.

Banner
Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV

Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV

Siyasət
07 noyabr 2026 552 baxış
Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV

Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV

Siyasət
07 noyabr 2026 552 baxış
Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV

Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV

Siyasət
07 noyabr 2026 552 baxış
Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi

Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi

Siyasət
06 noyabr 2026 552 baxış
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb

Siyasət
06 noyabr 2026 552 baxış
Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi

Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi

Siyasət
06 noyabr 2026 552 baxış
"Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV

"Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV

Siyasət
06 noyabr 2026 552 baxış
"Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV

"Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV

Siyasət
06 noyabr 2026 552 baxış
Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV

Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV

Siyasət
06 noyabr 2026 552 baxış
"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər" | Prezident - Baku TV

"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər" | Prezident - Baku TV

Siyasət
06 noyabr 2026 552 baxış
Seçilmişlər
icon