Pleyeri seçin:

Kir Starmer COP29-da iştirak etmək üçün Azərbaycanda | Prezidentlə görüşdə nələrdən danışıldı?

12 noyabr 2024 337 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.

Prezident İlham Əliyev bunun Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd edib. Bildirib ki, bu səfər Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdə mühüm əhəmiyyət daşıyır və tarixi bir səfərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik edib.

İqlim dəyişmələri məsələlərinin Britaniyanın gündəliyində vacib, prioritet məsələlərdən olduğunu deyən Baş nazir Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələri ilə mübarizəyə verilən töhfənin təqdir olunduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın COP29-un təşkili ilə əlaqədar vaxtının az olmasına baxmayaraq, qısa müddət ərzində bütün təşkilati işlərin həyata keçirildiyini deyib. Prezident İlham Əliyev bu tədbirin mahiyyəti üzrə olan danışıqlar prosesində də artıq irəliləyişlərin olduğunu bildirib. Bu xüsusda, Paris razılaşmasının 6-cı bəndi üzrə əldə olunmuş irəliləyişləri müsbət addım kimi qiymətləndirib.

Söhbət zamanı Böyük Britaniyanın Azərbaycanda minaların təmizlənməsi işinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə maraqlanıb.

Dövlət başçısı qeyd edib ki, hazırda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var. 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə də bu prosesin irəli aparılması barədə razılıq əldə olunub.

Amma bütün bunlarla yanaşı, dövlət başçısı Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirib.

Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğulayıb.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 337 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 337 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 337 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 337 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 337 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 337 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 337 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 337 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 337 baxış
Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Siyasət
25 sentyabr 2026 337 baxış
Seçilmişlər
icon