Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
Özbəkistanda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik – 2025" birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.
Keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.
Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər yüksəksəviyyəli qonaqlar təlimin bağlanış mərasimində də iştirak ediblər. Onlar birgə komanda məntəqəsinin iş prosesi ilə tanış olublar.
Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verildikdən sonra poliqonda müxtəlif epizodlar praktiki yerinə yetirilib və təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
#Zakir Həsənov teqi istifadə olunub
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
