Pleyeri seçin:

Kömürdən istifadə nə üçün kütləvi şəkildə azaldı? | Mühüm addım atıldı

13 noyabr 2024 308 baxış

Dünyada kömür, neft və qazın yanması iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvəsidir.

Planet artıq sənayeləşmədən əvvəlki orta göstəricidən təxminən 1,3 dərəcə Selsi daha çox istiləşib və son onillik ən isti dövr sayılır.

Bu problemin həlli istiqamətində müsbət addımların atılması mütləq idi. Budur, COP29-da, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə irəliləyiş əldə olunub.

Məsələn, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı karbon kvotalarının ticarəti üzrə ilk birjanı işə salıb. Bu, inkişaf etməkdə olan ölkələrin karbon neytrallığı məqsədlərinə nail olmaq üçün karbon qiymətlərinin müəyyən edilməsi müzakirələri fonunda baş verib.

Exeter Universitetinin iqlimşünası Maykl Osllivan Baku TV-yə açıqlamasında bildirib ki, bugünkü karbon emissiya səviyyələrini götürsək, 6 il var və bu vaxt 1,5 dərəcəni keçmək deməkdir:

“Beləliklə, vəziyyətin kritik olmaması üçün biz böyük ixtisarlar etməliyik. Bakıda bəzi yaxşı xəbərlər var. Amma digər ölkələr bununla ayaqlaşmır. Ölkələr emissiyaları artırır, ABŞ və Avropada karbon emissiyaları sürətlə yayılır. Deməli, ümumi mesaj hamıya çatmasa da, müsbət irəliləyişlər var”.

Ümumdünya Meteorologiya Təşkilatından bildirilib ki, istixana qazları son 20 ildə atmosferdə daha sürətlə toplanır. Daha bir məlumat da var. BMT-nin Hava Monitorinqi qurumu da əlavə edib ki, karbon emissiyaları 20 ildə 11,4 % artıb. Hesabatda temperatur artımına atmosferdəki istixana qazlarının səbəb olduğu açıq-aydın göstərilir.

Qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsindən yüksəlməməsi üçün 2015-ci ildə Parisdə karbon emissiyalarının artmaması hədəflənmişdi. 9 ildə bu istiqamətdə fikir ayrılıqları, parçalanmalar vardı. Ortaq məxrəcə gəlmək mümkün olmurdu. Nəhayət, xilaskar rolunu Bakı, COP29 oynayıb, karbon bazarları barədə razılaşma əldə olunub.

Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV

Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV

Siyasət
12 sentyabr 2026 308 baxış
Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına niyə razıdır? - “Əsas məsələ odur ki...” - Baku TV

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına niyə razıdır? - “Əsas məsələ odur ki...” - Baku TV

Siyasət
12 sentyabr 2026 308 baxış
Vəliəhd şahzadə Məhəmməd bin Salman Trampı hərbi müdaxiləyə çağırıb

Vəliəhd şahzadə Məhəmməd bin Salman Trampı hərbi müdaxiləyə çağırıb

Siyasət
12 sentyabr 2026 308 baxış
"İran onları ehtiyatda saxlamışdı" | Vəliəhd şahzadə Trampı hərbi müdaxiləyə çağırdı - Baku TV

"İran onları ehtiyatda saxlamışdı" | Vəliəhd şahzadə Trampı hərbi müdaxiləyə çağırdı - Baku TV

Siyasət
12 sentyabr 2026 308 baxış
Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV

Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV

Siyasət
12 sentyabr 2026 308 baxış
Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV

Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV

Siyasət
12 sentyabr 2026 308 baxış
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV

Siyasət
12 sentyabr 2026 308 baxış
Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV

Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 308 baxış
58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

Siyasət
11 sentyabr 2026 308 baxış
İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

Siyasət
11 sentyabr 2026 308 baxış
Seçilmişlər
icon