Korotçenkodan Ermənistana toqquşma xəbərdarlığı: "Regiondan kənar oyunçu"ya etiraz
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransanın sərgilədiyi mövqe Cənubi Qafqazda sülhə deyil, əksinə, bölgəni daha da militarizasiyalaşdırmağa xidmət edir”.
Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Onun sözlərinə görə, bölgədənkənar qüvvələrin, xüsusən də Fransanın Cənubi Qafqazdakı proseslərə bu cür müdaxiləsi, regionda sülhün yaranmasına ən ciddi əngəllərdən biridir.
“Biz bu gün Fransanın hər vasitə ilə bölgədəki proseslərə müdaxiləsini müşahidə etməkdəyik. Fransa bunun üçün Ermənistanla hətta hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Fransanın gələcək hədəfi Ermənistanda hərbi baza yaratmaqdır. Bu isə bölgənin gələcək təhlükəsizliyinə ciddi təhdid yaratdığından heç bir region ölkəsinə, o cümlədən heç Ermənistanın özünə də lazım deyil. Fransa belə bir hərbi baza yaradarsa, bu, ilk növbədə Ermənistan üçün təhlükə olacaq”, – Korotçenko deyib.
O əlavə edib ki, Fransanın Ermənistanla hərbi əməkdaşlığının inkişafında hər hansı sağlam element tapmaq qeyri-mümkündür.
“Bir çoxları hesab edir ki, Paşinyanın Rusiya ilə hərbi əməkdaşlığı pozması elə də asan məsələ deyil. Ermənistandakı hərbi bazanı çıxara və ya KTMT-ni tərk edə bilməz. Amma unutmayaq ki, mümkün olmayan şey yoxdur. 5 il əvvəl də heç kim ağlına gətirə bilməzdi ki, Cənubi Qafqazda belə bir vəziyyət yaransın və Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin. Bir şey deyə bilərəm ki, Moskva regiondankənar oyunçu olan Fransanın Ermənistandakı hərbi varlığına dözə bilməz və bu, qeyri-mümkündür”, – Korotçenko bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
