Kreml İrəvana yardım etməkdə israrlıdır | Zaxarovadan açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Xarici qüvvələr Ermənistanı çox təhlükəli geosiyasi oyunlara çəkir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 27-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Qərb Ermənistanın və ermənilərin taleyinə tamamilə biganə yanaşır. Rusiya isə müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq sülhə, sabitliyə və ölkənin çiçəklənməsinə yardım etməyə hazırdır.
Onun sözlərinə görə, bu, Kreml üçün çox əhəmiyyətlidir. M.Zaxarova həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərindən də danışıb:
“Biz İrəvanla Bakı arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər mövcuddur.
Ümumilikdə biz Cənubi Qafqazda münaqişənin azalmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Hesab edirik ki, buna “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi yardım edə bilər”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə həmçinin “Rusiya Moskva-İrəvan münasibətlərinin gərginləşməsi fonunda Ermənistanın 2024-cü ildən Avrasiya İqtisadi İttifaqına rəhbərlik etməsində təhlükə görürmü?” sualını da cavablandırıb.
Qeyd edib ki, sözügedən ittifaq çərçivəsində də Rusiya ilə Ermənistan arasında qarşılıqlı əməkdaşlıq mövcuddur.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
