Kremldən vacib açıqlama | Rusiya hərbi bazası Ermənistandan çıxarılır?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistin sualını cavablandırarkən deyib.
Belə ki, jurnalist Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin dəyişdiyi, artıq orada cəbhə xəttinin olmadığı barədə dediklərini xatırladıb və İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edə biləcəyi ilə bağlı Kremlin narahatlığının olub-olmadığını soruşub.
Dmitri Peskov da cavabında qeyd edib ki, bununla bağlı heç bir məlumat daxil olmayıb, ölkə liderlərinin isə bu məsələyə qayıtmaq imkanları hələ də var.
“Prezident Putin və Baş nazir Paşinyanın qısamüddətli perspektivdə bunları, həmçinin lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəyini gözləyirik”, – deyə D.Peskov vurğulayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
