KTMT Ermənistan tərəfindən döyüşməməli idi | Putindən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada keçirilən konfrans zamanı deyib.
“KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, regionu öz ərazisinə daxil etməyib. Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də təşkilatın bu ərazidə döyüşməsini tələb etmək qəribədir. Hər ölkə öz təhlükəsizliyini təmin etmək sahəsində nəyi və necə etmək istədiyini seçmək hüququna malikdir.
Düşünürəm ki, KTMT ilə bağlı bugünkü vəziyyət, çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslərlə əlaqədardır və əlbəttə ki, bütün bunlar Qarabağ məsələsi ilə bağlıdır. Ermənistanın təşkilatda tamformatlı işə qayıdacağını ehtimal edirəm. Ermənistan hələ ki KTMT-dən çıxmaq barədə bəyanat verməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir”, – V.Putin bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
