Lavrovdan Qarabağdakı sülhməramlılarla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağdakı sülhməramlılarla bağlı məsələnin Ermənistana heç bir aidiyyəti yoxdur. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
“Prezidentlər bu mövzunu müzakirə etdilər. Onlar razılaşdılar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına kömək etmək üçün müsbət rol oynayır”, – deyə o bildirib.
S.Lavrov qeyd edib ki, Qərb Azərbaycanla Ermənistan nizamlanmasında Rusiyanın rolunun yanlış olduğu qənaətinə gəlib və bu iki ölkə rəsmilərini Brüsselə, Parisə və Vaşinqtona çəkməyə çalışır:
“Şəxsən Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin noyabrında müharibəni necə dayandırmağın mümkün olmasında və Ermənistan-Azərbaycan-Rusiya arasında ən yüksək səviyyədə bir neçə üçtərəfli sənədin razılaşdırılmasında həlledici rol oynayıb. Bu sənədlərdə sərhədin delimitasiyası, ticarət və nəqliyyat yollarının açılması və sülh müqaviləsinin imzalanması da daxil olmaqla nizamlanmanın əsas parametrləri əks olunub. Bu yaxınlarda da biz gördük ki, bu razılaşmalardan sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməsinin nədənsə yanlış olduğunu düşünərək erməniləri və azərbaycanlıları Brüsselə, sonra Parisə, sonra Vaşinqtona çəkməyə başladılar”.
S.Lavrov əlavə edib ki, 2020-ci ildə Praqada Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri çərçivəsində tanıdığını bildirən sənəd imzaladı və Azərbaycanın ərazi bütövlüyünü tanıdı.
“Bu o deməkdir ki, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, – deyə S.Lavrov bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
