Pleyeri seçin:

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - Baku TV

06 fevral 2026 374 baxış

Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib.

Əvvəlcə Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyində olub.

Parisdəki məşhur Luvr muzeyinin ilk xarici filialı olan muzeyin daimi fondunda müxtəlif dövrləri və sivilizasiyaları əks etdirən çox sayda sənət əsəri nümayiş etdirilir. Bundan əlavə, tərəfdaş muzeylər tərəfindən təqdim olunan əsərlər də ekspozisiyada yer alır.

Sonra Leyla Əliyeva İbrahim Ailə Evi ilə tanış olub.

2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransisk kilsəsini və Musa bin Maymon sinaqoqunu eyni məkanda birləşdirir.

Leyla Əliyeva həmçinin Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.

Söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verilib.

Görüşdə həmçinin qlobal humanitar təşəbbüslərin həyata keçirilməsində ortaq məqsədlərin olduğu vurğulanıb, qadın hüquqlarının qorunması və davamlı təhsilin təmin edilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanlıların yaşadığı kəndin izi necə silindi? | Güllüdüzün unudulan tarixi yenidən araşdırıldı

Azərbaycanlıların yaşadığı kəndin izi necə silindi? | Güllüdüzün unudulan tarixi yenidən araşdırıldı

Siyasət
28 sentyabr 2026 374 baxış
Əsrlərlə azərbaycanlıların yaşadığı Ağbulağın taleyi necə dəyişdi? - Baku TV

Əsrlərlə azərbaycanlıların yaşadığı Ağbulağın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
28 sentyabr 2026 374 baxış
Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM

Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
28 sentyabr 2026 374 baxış
Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Siyasət
28 sentyabr 2026 374 baxış
Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Siyasət
28 sentyabr 2026 374 baxış
Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV

Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV

Siyasət
28 sentyabr 2026 374 baxış
Sosial şəbəkələrdə yayılan yalanların arxasında hansı məqsəd dayanır? - Baku TV

Sosial şəbəkələrdə yayılan yalanların arxasında hansı məqsəd dayanır? - Baku TV

Siyasət
27 sentyabr 2026 374 baxış
ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ

ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ

Siyasət
27 sentyabr 2026 374 baxış
Prezident İlham Əliyev şəhidlərin xatirəsini ehtiramla yad etdi | "Haber Global"dan süjet - Baku TV

Prezident İlham Əliyev şəhidlərin xatirəsini ehtiramla yad etdi | "Haber Global"dan süjet - Baku TV

Siyasət
27 sentyabr 2026 374 baxış
Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI

Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI

Siyasət
27 sentyabr 2026 374 baxış
Seçilmişlər
icon