Pleyeri seçin:

Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə birlikdə - Baku TV

05 yanvar 2026 531 baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.

Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.

Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.

O həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.

Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.

Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq əldə olunub.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 531 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 531 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 531 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 531 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 531 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 531 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 531 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 531 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 531 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 531 baxış
Seçilmişlər
icon