Livan və İsrail müharibəsinin yenidən başlamasının əsas səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə yaralar qaysaqlamağa hazırlaşır deyə düşünən kimi növbəti gərginlik yaşanır.
Belə ki, İsrail və Livan arasında sonu görünməyən qarşıdurma 6 gün əvvəl əldə edilən və 60 günlüyə nəzərdə tutulan atəşkəs razılaşması ilə heç gözlənilməyən formada dayanmışdı. Ən azından dayanacağına ümid edilirdi.
ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını və “Hizbullah”ın ağır silahlarının Litani çayının şimalına çəkilməsini də əhatə edirdi.
İsrail hökumətinə yaxın mənbələr ABŞ Prezidenti Co Baydenin atəşkəsə görə Benyamin Netanyahuya ciddi təzyiq göstərdiyini, bu səbəbdən daha çox israilyönümlü olan Donald Trampın Ağ Evə gəlişinədək B.Netanyahunun 2 aylıq fasiləyə razılıq verdiyini iddia edirdilər.
Lakin tərəflər təəccübləndirməyib, noyabrın 2-də “Hizbullah” atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın cənub-şərqindəki Kfar Şuba kəndi ərazisindən İsrail Ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb.
Hərəkat qeyd edib ki, bu, “İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına” cavabdır. Qruplaşmanın addımına qarşılıq olaraq İsrail də “Hizbullah”ın mövqelərini atəşə tutub.
Mütəxəssislər düşünürlər ki, “Hizbullah”la İsrail arasında atəşkəsin pozulması Suriya cəbhəsində gərginliyin intensivləşməsi ilə bağlıdır.
Atəşkəs insan faciələrinin qarşısını almaq üçün uğurlu addım sayılsa da, İsrail həm də beynəlxalq aləmdə yaranmış neqativ imicini düzəltməyə çalışırdı.
Üstəlik, ekspertlər düşünürlər ki, Təl-Əviv “Hizbullah”ı oyundankənar vəziyyətə salmaqla bütün gücünü HƏMAS-a qarşı yönəldəcəkdi. Lakin indi bir neçə cəbhədə döyüşmək məcburiyyəti yaranıb. Siyasi dairələri ən çox maraqlandıran sual isə budur.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
