Pleyeri seçin:
Macarıstanın Baş naziri Azərbaycana səfərə gəlib
Macarıstanın Baş naziri Viktor Orban, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana rəsmi səfərə gəlib. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş naziri hava limanında Azərbaycanın Mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar. Səfərin əsas məqsədi və müzakirə olunacaq mövzular TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlıdır.
Kopyalandı
