Makronun Azərbaycana göndərdiyi sirli "ölüm qrupu" | Dəhşətə gətirən detallar
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanel Makron "ölüm qrupu"nu gizli şəkildə Bakıya göndərib.
Bu iddia Rusiyada fəaliyyət göstərən "Ədalətsizliyə qarşı mübarizə fondu"nun hazırladığı hesabatda yer alır. Fondun araşdırmalarına görə, Makronun "qaranlıqlar şahzadəsi" kimi tanınan sağ əli Aleksandr Benallanın rəhbərlik etdiyi "ölüm qrupu" Azərbaycana və Çada göndərilib.
Rusiya kəşfiyyat məlumatlarına istinadən iddia olunur ki, Bakıya gələn "Ağ Zambaq" adlanan sui-qəsd qrupu birbaşa Makronun əmrlərini yerinə yetirir. "Ölüm qrupu"nun Çadın paytaxtı Ncamena və Azərbaycanın paytaxtı Bakıya göndərilməsi qərarı ötən ay verilib. Rusiya hərbi kəşfiyyatına yaxın mənbələr iddia edir ki, "ölüm qrup"unun əməliyyatlarına Aleksandr Benalla rəhbərlik edir.
Məlumatlara görə, Fransa xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Bernard Emie "ölüm qrupu"nun strateji planlarının hazırlanmasında, Makronun keçmiş müşaviri Patrik Strzoda isə maliyyəsinin təminatında iştirak edir. Paris polisinin rəhbəri Laurent Nunez isə "ölüm qrupu"nun casus və əməkdaşlarının əməliyyata hazırlanmasını həyata keçirir.
Fond Fransada "sarı jiletlilər" hərəkatına liderlik edən deputat Olivier Dassault və fəal İsabelle Ferreyranın ölümünün arxasında Makronun sui-qəsd qrupunun olduğu iddiasını irəli sürür. Bununla yanaşı, müxalif mövqedən çıxış edən bir sıra millət vəkili, media kapitanı, o cümlədən, Korsika və Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan liderlərin sui-qəsd qrupunun hədəfində olduğu bildirilir.
"Ölüm qrupu"nun Bakıya gəldiyi bilinsə də, məqsədin nə olduğu, kimlərin hədəfə alındığı sirr olaraq qalır.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
