Manukyan Paşinyana od püskürdü | Ermənilərin Qarabağla bağlı ümidləri bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyanın hakimiyyəti Ermənistanın müstəqilliyinin və ləyaqətinin itirilməsinə gətirib çıxarıb”.
Bunu Ermənistan Milli Konqres partiyasının sədr müavini Aram Manukyan deyib.
“Nikol Paşinyanın addımları ölkənin suverenliyinə və müstəqilliyinə birbaşa təsir edib. Qarabağ itirildi, bayram təqvimi qısaldılıb, milli ləyaqəti simvolizə edən bütün bayramlar silinib. Bu gün 19 sentyabrı Ermənistanın suverenliyi günü hesab edənlər var”, – deyə A.Manukyan bildirib.
O qeyd edib ki, bu gün Ermənistan beynəlxalq arenada oyunçu olmaqdan çıxıb. Ölkə bilavasitə ərazisinə aid məsələlərlə bağlı qərar qəbul etmək imkanını itirib:
“Biz beynəlxalq məhkəmələrdəki iddialarımızı geri götürməyə, anklav adlanan yerləri təslim etməyə, İstiqlal Bəyannaməsindən və gerbdəki Ararat təsvirindən imtina etməyə məcbur olacağıq. Biz öz suverenliyimizi o qədər itirmişik ki, bizə öz ərazimizdə zavod tikmək qadağan olunub.
Bu gün Ermənistan müstəqil qurum kimi mövcudluğunu dayandırıb. Bütün bunlar indiki hakimiyyətin xidmətləridir. Amma ən pisi odur ki, bütün bunları uğur, qələbə kimi təqdim etməyə çalışırlar. Bu, bir növ təkəbbür çeşməsidir, həyasızlığın rekordudur. Necə olur ki, hər şeyi itirirsən, təslim olursan, uduzursan və eyni zamanda bütün bunları qələbə kimi təqdim etməyə çalışırsan?”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
