Pleyeri seçin:

Markov Azərbaycan və Rusiyanın arasını vurmaq istəyənlərə od püskürdü | Detallar açıqlandı

08 yanvar 2025 234 baxış

Emmanuel Makronun simasında Fransa və Avropa Birliyi, Britaniya və ABŞ Qroznıda Hava Hücumundan Müdafiə sistemi səbəbindən qəzaya uğrayan Azərbaycan təyyarəsi faciəsindən istifadə edərək Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymağa çalışırlar. Bunun üçün güclü kampaniya aparırlar.

Bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, iki ölkənin arasını vurmağa çalışanlar arasında Rusiya daxilində qüvvələr də az deyil:

“Rusiyanın daxilindən də belə cəhdlər edilir. Bunlar Fransanın, yaxud Antanta agentləridir? Çox güman ki, yox. Daha çox ənənəvi olaraq türkfob qüvvələrlə əlaqəli şəxslərdir.

Azərbaycanda politoloq Vladimir Karasevin hansısa siyasi fantaziyalarla Prezident İlham Əliyevi təhqir etmək cəhdləri narazılıq doğurub. Bakıda sual verirlər:

“Bu, Rusiyanın yeni siyasəti deyilmi?”. Cavab verirəm: “Xeyr, bu, Rusiyanın siyasətinə qarşı aparılan intriqalardır”.

Qeyd etmək lazımdır ki, politoloq Vladimir Karasev az tanınır. Bu, tanınmış politoloqlar Vladimir Kornilov və ya Vadim Karasev deyil. İndiyə qədər az tanınan politoloq Vladimir Karasev indi məşhur olacaq, Rusiya İctimai Palatasının rüsvayçılığı kimi. Ümid edirəm ki, İctimai Palata bu rüsvayçılıqdan xilas ola biləcək.

Vladimir Karasev özünü İctimai Palatanın nəzdindəki Koordinasiya Şurasının üzvü adlandırır. Bu, əlavə yoxlanılmalıdır. Xoşbəxtlikdən o, Rusiyanın İctimai Palatasının üzvü deyil və bu cür bəyanatlardan sonra heç vaxt üzvü olmayacaq. Çünki onun Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdləri Rusiya Prezidenti Vladimir Putinin siyasətinə tamamilə ziddir.

İlham Əliyev Vladimir Putinin dostudur. Rusiya və Azərbaycan müttəfiqdir. İlham Əliyev Qərbin təzyiqlərindən çəkinmədən müharibənin başladığı günlərdə Rusiya ilə müttəfiqlik müqaviləsi imzaladı. Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdləri anti-Rusiya siyasətidir və bunu daha sərt şəkildə göstərmək lazımdır”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 234 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 234 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 234 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 234 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 234 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 234 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 234 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 234 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 234 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon