Mehriban Əliyeva Müqəddəs Komodilya katakombalarının açılış mərasimində iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində mühüm açılış mərasimində iştirak edib. Oktyabrın 16-da Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Komodilya katakombalarının açılışında olublar. Mərasimdə Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone və sabiq prezidenti kardinal Canfranko Ravazi kimi yüksək vəzifəli şəxslər iştirak edib. Onlar görülən işlərə və səmərəli əməkdaşlığa görə Heydər Əliyev Fonduna dərin təşəkkürlərini bildiriblər. Mehriban Əliyeva çıxışında bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu və tərəflər arasında dostluq münasibətlərinin artmasından məmnunluğunu ifadə edib.
#Mehriban Əliyeva teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
- Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
