Məşhur erməni jurnalist Paşinyanı ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Seçilmiş hakimiyyətə hörmətsizlik edən şəxslər Ermənistana buraxılmayacaq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının rəhbəri Marqarita Simonyan və media maqnatı Aram Qabruelyanovun ölkəyə buraxılmamasını şərh edərkən deyib.
N.Paşinyan bu barədə ona sual verən jurnalistə cavab olaraq bildirib ki, sözügedən şəxslər xalqın seçdiyi hökumətə hörmət etməyə borcludurlar.
“Ermənistanın özünə hörmət gözləmək hüququ var. Əgər bu insanlar yaşadıqları ölkələrdə Ermənistana qarşı etdiklərinin 1%-ni etsəydilər, vizasız şəxsi evlərinə girə bilməzdilər. Adlarını sadaladığınız şəxslər Ermənistana xəyanət ediblər. Bəli, onların ölkəyə girişləri qadağandır. İnsanlar çıxıb deyirlər ki, Ermənistan təhlükəsiz dəhlizin təmin edilməsini vəd edib və bu dəhlizi təmin etməlidir. Bu, ermənipərəst mövqedirmi? Xeyr”, - deyə o qeyd edib.
Marqarita Simonyanın Paşinyanın açıqlamasına cavabı gecikməyib. “Dəhliz haqqında heç vaxt heç nə deməmişəm. Şəxsən Paşinyan haqqında danışmışam və danışacağam. O, erməni xalqına xəyanət edib, sata biləcəyi bütün erməni maraqlarını satıb. Sata bilmədiklərini də satacaq. O, Rusiyaya nifrət edir və Putini aldadır” - deyə o, bununla bağlı “Facebook” hesabında paylaşım edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
