Millət vəkili Münxen görüşünü şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş rəsmi Berlinin təşəbbüsü ilə baş tutsa da, Almaniya vasitəçi deyil, yalnız ev sahibi qismində iştirak edib.
Yəni Prezident İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur. Ölkə başçısının qətiyyətli mövqeyi bir daha təsdiqini tapıb.
Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalardan biridir.
Azərbaycan müntəzəm şəkildə bu platformaya Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlət başçısı aparılan müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz təcrübələrini bölüşür. Bu isə o deməkdir ki, Azərbaycanın bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən də təqdir olunur, ölkə başçısının nüfuzuna və şəxsiyyətinə hörmət və diqqət göstərilir.
Azərbaycanın bu potensialını ortaya qoymasına uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmasları gücləndirmək üçün Ermənistan və Qarabağ problemi yoxdur.
Azərbaycan sülhsevər ölkədir, qonşu dövlətlərlə, digər regionlarla sülh gündəliyini təşviq edir. Ölkəmiz bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
