Millət vəkilindən sərt cavab: Bu, Avropa Parlamentinin biabırçılığıdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə anti-Azərbaycan məqsədi daşıyaraq ədalətə zidd sənəddir”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında Avropa Parlamentinin ötən gün qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır: “Bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər. Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var”.
“Separatçı rejim Qarabağ bölgəsində olan sakinləri təkidlə oradan çıxarmaq çağırışları edir. Orada olan əhaliyə bizim hərbçilərin, hüquq-mühafizə orqanlarının diqqətini hər kəs görür.
Halbuki bu diqqəti nə Xocalı hadisələrində, nə də sonrakı hadisələrdə gördük. Avropa Parlamenti nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu. Bu gün isə Ermənistanın işğalçılıq siyasətinə müdaxilə etmir”, – deputat söyləyib.
#Avropa Parlamenti teqi istifadə olunub
- İtkin düşən azərbaycanlıların ailələri Avropa Parlamentinin qarşısında aksiyada - Baku TV CANLI
- "Bizim birliyimiz hər birimizi gücləndirəcək" | Prezidentdən birlik mesajı - Baku TV
- "Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV
- Prezidentin Avropa Parlamentinə sərt tənqidi və Ukrayna ilə bağlı mesajı "Haber Global"da - Baku TV
- Ankara Avropa Parlamentinin sanksiya təşəbbüsünə etiraz edib
