Pleyeri seçin:

Mingəçevirdə ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində işlər görüldü

14 noyabr 2025 417 baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak edib.

Əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min ədəd sazan balığı buraxılıb.

Aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır.

Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib. Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb.

Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen dözümlülüyünü artırmaq, müxtəlif xəstəliklərin qarşısını almaq və bu ərazidə daha sağlam ceyran nəslinin formalaşdırılmasıdır.

Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir. Səfər proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Leyla Əliyevanın iştirakı ilə 100 nəfər könüllü tərəfindən Eldar şamı və sərvdən ibarət 200 ağac əkilib.

Eldar şamı və sərv quraqlığa davamlı, regionun torpaq-iqlim şəraitinə uyğun ağac növləri kimi ətraf mühitin mühafizəsi və yaşıllıq zolağının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 417 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 417 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 417 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 417 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 417 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 417 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 417 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 417 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 417 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 417 baxış
Seçilmişlər
icon