Mirzoyan sülh müqaviləsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla sülh müqaviləsi tezliklə reallığa çevriləcək".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir-Abdallahianla keçirdiyi birgə mətbuat konfransında bildirib. Azərbaycanla sülh üçün real imkan pəncərəsi göründüyünü deyən A.Mirzoyan vurğulayıb ki, əsas məqsəd münasibətləri normallaşdırmaq və sülhü bərqərar etməkdir.
“Biz prosesə və regionda davamlı sülhün bərqərar olmasına sadiqik. Danışıqlar bir neçə mərhələdə aparılır və hazırda konkret olaraq sülh sazişi layihəsi üzərində iş gedir. Bir neçə gün əvvəl Azərbaycandan növbəti təkliflər aldıq, öyrənib cavab verəcəyik, təkliflərimizi təqdim edəcəyik", – deyə erməni nazir qeyd edib.
A.Mirzoyan həmçinin bildirib ki, Azərbaycanla sərhədin delimitasiyası prosesinin proqnozlaşdırıla bilən olması son dərəcə vacibdir. Onun sözlərinə görə, delimitasiya prosesinin proqnozlaşdırıla bilən olması və onun əsaslarının sülh müqaviləsində təsbit edilməsi erməni tərəfi üçün mühüm əhəmiyyət kəsb edir.
“Sazişin yekun mətni yoxdur. Hazırda bura xəritələr haqqında bəndin daxil edilməsinin mümkünlüyü müzakirə olunur. Bu, delimitasiyanın prinsiplərini və proqnozlaşdırıla bilənliyini təmin etmək cəhdi kimi qiymətləndirilməlidir”, – deyə A.Mirzoyan bildirib.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
